SOCAR-ın müəssisə və təşkilatları arasında keçirilən mini futbol turniri başa çatıb
Neftçilər günü münasibətilə SOCAR-ın müəssisə və təşkilatları arasında keçirilən mini futbol turniri başa çatıb.

1 ay müddətində davam edən və 32 komandanın iştirak etdiyi turnirin qalibi “Downstream” komandası olub.

Qalib komandalara və turnirin ən yaxşı oyunçularına mükafatlar təqdim edilib.

Xəbər 230 dəfə oxundu.