Millimiz UEFA Millətlər Liqasının qrup mərhələsində ən çox top qazanan komandaların siyahısında yer alıb
Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində ən çox top qazanan komandaların siyahısında yer alıb.

Millimiz 6 görüşdə 248 dəfə buna müvəffəq olub.

Komanda bu göstəriciyə görə 4-cü pillədə qərarlaşıb. Fransa (260) 1-ci, Avstriya (257) 2-ci, Danimarka (251) isə 3-cüdür. İlk beşliyi Moldova (245) tamamlayır.

Qeyd edək ki, Azərbaycan yığması ötən gün qrup mərhələsinin sonuncu turunda Bakıda Qazaxıstan seçməsini 3 cavabsız qolla məğlub edib.

Xəbər 225 dəfə oxundu.