Azərbaycan Cüdo Federasiyasının prezidenti milli yığmanın məşq prosesini izləyib
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev oktyabrın 6-12-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlaşan milli yığmanın məşq prosesini izləyib.


Federasiya prezidentinə dünya çempionatına yollanacaq idmançıların hazırlıq prosesi ilə bağlı görülən işlər barədə məşqçilər heyəti tərəfindən məlumat verilib.

R.Nəbiyev idmançılara qarşıdakı yarışda uğurlar arzu edib və ölkəmizi layiqincə təmsil edəcəklərinə inandığını vurğulayıb.

Xəbər 329 dəfə oxundu.