Azərbaycan – Polşa matçını qazaxıstanlı hakimlər briqadası idarə edəcək
Oktyabrın 7-də futzal üzrə dünya çempionatının əsas mərhələsinin 6-cı qrupunda ilk görüşünə çıxacaq və Polşa yığması ilə qarşılaşacaq Azərbaycan millisinin oyununa təyinatlar açıqlanıb.

Bakı İdman Sarayında baş tutacaq matçı Qazaxıstandan olan referilər idarə edəcək.

Matçın baş hakimi Aslan Qalayev olacaq. Ona Talqat Kosmuxambetov və Turexan Tursumbayev kömək edəcəklər.

Oyunda timekeeper funksiyasını Rza Məmmədov (Azərbaycan) yerinə yetirəcək.

Xəbər 233 dəfə oxundu.