Şirvanda məşqçilər və cüdoçular üçün seminar keçirilib
Şirvan Olimpiya İdman Kompleksində cənub bölgəsindən olan məşqçilər və cüdoçular üçün seminar təşkil olunub.

ACF-nin hakimlər üzrə meneceri, beynəlxalq dərəcəli “A” kateqoriyalı hakim Mətin Rəhimli tərəfindən keçirilən seminarda cüdoçulara tatamiyə daxil olma qaydaları və hansı hallarda cüdoçuların cərimə olunacağı haqqında ətraflı məlumat verilib. Bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar Mətin Rəhimli tərəfindən cavablandırılıb.

Xəbər 263 dəfə oxundu.