Qızlar arasında həndbol üzrə Avropa çempionatı Bakıda təşkil olunacaq | |
Lüksemburqda Avropa Həndbol Federasiyasının 16-cı konfransı və 15-ci konqresinə start verilib. Tədbirlərdə ölkəmizi Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov təmsil edir. 3 gün davam edəcək tədbirlərdə Avropa qadın həndbolunun hazırkı durumu, iştirakçı federasiyaların sayının artırılması, çimərlik həndbolunun inkişaf perspektivləri, eyni zamanda, 2023-cü ildə qızlar arasında Avropa çempionatlarının təşkil olunacağı yerlərin seçilməsi və digər məsələlər müzakirə olunur. Bununla yanaşı Avropa Həndbol Federasiyasının İcraiyyə Komitəsinin iclası da keçirilib. İclasda 2005-ci il təvəllüdlü qızlar arasında Avropa çempionatının 2023-cü ildə Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub. |
|
Xəbər 257 dəfə oxundu. |
|
|