Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi: Qrup qalibi olsaq da Bakıda keçiriləcək oyuna ciddi hazırlaşmışıq
Qrup qalibi olsaq da Bakıda keçiriləcək oyuna ciddi hazırlaşmışıq. Rəqibin potensialına yaxşı bələd olduğumuz üçün gedişatı öz xeyrimizə dəyişməyə çalışacağıq.

Bunu Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adıyev Bakıda Azərbaycana qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu tur oyunundan əvvəl mətbuat konfransında bildirib.

Yenidən Bakıda olmağından məmnunluq duyduğunu deyən 45 yaşlı mütəxəssis qeyd edib ki, Azərbaycan yığmasının Slovakiyaya qalib gəldiyi matçı izləyib. M.Adıyev Azərbaycan komandasının çox yaxşı təsir bağışladığını və əvvəlki qarşılaşmalarla müqayisədə oyun sxemində fərqlilik olduğunu da vurğulayıb: “Azərbaycan millisinin Slovakiya üzərində qələbəsi sürpriz olmadı. Azərbaycan yığması son qarşılaşmada komanda şəklində oynadı və qələbə qazandı”.

Xəbər 213 dəfə oxundu.