Sumqayıtda keçirilən sərbəst güləş üzrə şəhər birinciliyinə yekun vurulub
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 27 sentyabr - Anım gününə həsr edilmiş 2008-2009-cu il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə şəhər birinciliyi keçirilib.

Birincilikdə şəhərin məktəb, cəmiyyət və klublarının 100-dən artıq idmançısı qalib adı uğrunda mübarizə aparıb.

İki gün davam edən gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda İbrahim Süleymanov, Nicat Süleymanov, Hüseyn Mustafayev, Məmmədəli Cəlilov, Cümşüd Orucov, Fəxri Əsədov, Sadiq Abbasov, Abdin Abdinov, Murad Nağdəliyev və Fuad Quliyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışın qalib və mükafatçıları Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman, medal və hədiyyələrlə təltif olublar.

Xəbər 201 dəfə oxundu.