Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə uğurla çıxış edirlər
Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Wtt Youth Contender Tbilisi” turniri davam edir.

Bu gün 11 yaşadək tennisçilərin yarışında qüvvəsini sınayan Yağmur Məmmədlinin startı uğurlu alınıb. Keçirdiyi iki qarşılaşmadan qalib ayrılan tennisçi sabah mükafatlar uğrunda görüşlərdə etimadı doğrultmağa çalışacaq.

Bu gün 15 yaşadək idmançıların turnirinə qatılan Mərziyyə Nurmətova da qrup mərhələsini inamla adlayaraq onaltıdabir finala vəsiqə qazanıb. O, sentyabrın 25-də mübarizəni davam etdirəcək.

Qeyd edək ki, yarışda 18 ölkənin idmançıları bacarıqlarını göstərirlər.

Xəbər 349 dəfə oxundu.