Gənc taekvondoçulardan ibarət yığmamız təlim-məşq toplanışına başlayıb
Gənc taekvondoçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib. Taekvondo Federasiyasının idman zalında təşkil olunan hazırlığa baş məşqçi Məmməd Abdullayev rəhbərlik edir.

Toplanış oktyabrın 3-də başa çatacaq. Ardınca yığma oktyabrın 6-7-da Latviyanın paytaxtı Riqada Olimpiya çəkiləri üzrə keçiriləcək Avropa çempionatında iştirak edəcək. Gənc taekvondoçular arasında təşkil olunacaq yarışda ölkəmizin idman şərəfini Xıdır Məmmədov (48 kq), Nihad Məmmədzadə (55 kq), Nizami Hacıyev (63), Vaqif Hacıyev (73 kq), Zemfira Həsənzadə (44 kq) və Nərgiz Kazımova (49 kq) qoruyacaqlar.

Qeyd edək ki, komanda Riqaya oktyabrın 4-də yollanacaq.

Xəbər 384 dəfə oxundu.