“Qarabağ”ın rəqibi tanınmış futbolçusunu icarəyə verib
Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Olimpiakos”un müdafiəçisi Kostas Manolasın Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şardja" klubuna keçidi rəsmiləşib.

Tərəflər arasında müqavilə daha bir mövsüm uzatma ehtimalı ilə 2024-cü ilin yayınadək imzalanıb.

Xatırladaq ki, Yunanıstanın “Olimpiakos” klubu ilə “Qarabağ” arasında ilk matç oktyabrın 6-da Pireydə, cavab görüşü oktyabrın 13-də Bakıda keçiriləcək.

Xəbər 202 dəfə oxundu.