Azərbaycanın U-16 komandası yoxlama oyununda heç-heçə edib
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

“Sabah”ın U-17 komandası ilə oyun 2:2 hesabı ilə nəticələnib.

Millimizin qollarını 55-ci dəqiqədə Ömər Kərimov və 74-cü dəqiqədə penaltidən Anar Hüseynov vurublar.

Xəbər 199 dəfə oxundu.