Gürcüstan yığması UEFA Millətlər Liqasının pley-off mərhələsinə yüksəlib
Futbol üzrə Gürcüstan yığması UEFA Millətlər Liqasında növbəti qələbəsini qazanıb.

Gürcüstan millisi sentyabrın 23-də Şimali Makedoniya ilə qarşılaşıb.

Tbilisidə yerləşən Boris Payçadze adına "Dinamo Arena"da keçirilən oyun Gürcüstan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Makedoniyalılar üzərində qələbə nəticəsində Gürcüstan yığması qrup mərhələsini birinci yerdə başa vuraraq pley-offa yüksəlib.

Yığma komandanın növbəti görüşü səfərdə Cəbəllütariq seçməsi ilə olacaq.

Xəbər 228 dəfə oxundu.