Stolüstü tennisçimiz Tbilisidə keçirilən beynəlxalq turnirin yarımfinal mərhələsinə yüksəlib
Stolüstü tennisçimiz Aylin Əsgərova Tbilisidə keçirilən yeniyetmələrin “WTT Youth Contender” turnirində uğurla çıxış edir.

Bu gün 17 yaşadək idmançıların mübarizəsinə qatılan tennisçimiz qrup mərhələsində İran və Qazaxıstan tennisçilərinə qalib gələrək səkkizdəbir finala adlayıb. Ardınca daha iki qazaxıstanlı rəqibini də üstələyən tennisçimiz adını yarımfinala yazdırıb. Təmsilçimiz sabah finala vəsiqə uğrunda görüşdə Honkonq idmançısı ilə qarşılaşacaq.

Qeyd edək ki, bu gün yarışa qatılan daha bir tennisçimiz Arzu Aslanova dörddəbir finalda mübarizəni dayandırıb.

Xəbər 244 dəfə oxundu.