Peşəkar Futbol Liqasının rəhbərliyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda olub
Peşəkar Futbol Liqasının (PFL) rəhbər heyəti Sumqayıtda olub.

Burada eyniadlı klubun rəhbərliyi ilə görüş keçirilib.

“Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev PFL-in rəhbəri Elxan Səmədova təbriklərini çatdırdıqdan sonra idman direktoru Faiq Hacı-Məhərrəmov, eləcə də media və marketinq departamentinin rəhbəri Rəşad Məmmədovun da iştirakı ilə klub rəsmilərini maraqlandıran məsələlər müzakirə edilib.

Sonra qonaqlar tikintisi yekunlaşmaq üzrə olan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna baş çəkiblər. PFL prezidentini görüş zamanı vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayev müşayiət ediblər.

Xəbər 225 dəfə oxundu.