Stolüstü tennisçilərimiz Gürcüstanda keçirilən beynəlxalq turnirin dörddəbir finalına yüksəlib
Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə stolüstü tennisçilərin “Wtt Youth Contender Tbilisi” turniri davam edir.

Sentyabrın 23-də 17 yaşadək idmançıların mübarizəsinə qatılan Arzu Aslanova və Aylin Əsgərova mükafatlara doğru inamla irəliləyirlər.

Arzu Aslanova qrup mərhələsində iranlı və özbəkistanlı rəqibləri üzərində qələbə qazanaraq səkkizdəbir finala adlayıb.

Bu mərhələdə Gürcüstan idmançısını da yolundan kənarlaşdıran M.Aslanova dörddəbir finala yüksəlib.

Eyni yaş qrupundakı digər təmsilçimiz Aylin Əsgərova ilkin mərhələdə İran və Qazaxıstan tennisçilərinə qalib gəlib.

Ardınca daha bir qazaxıstanlı rəqibini də üstələyən tennisçimiz adını dörddəbir finala yazdırıb.

Xəbər 282 dəfə oxundu.