“Shusha Chess 2022” turnirində rapid yarışlarında altıncı tura start verilib
“Shusha Chess 2022” turnirində rapid yarışlarında altıncı tura start verilib.

Turun ilk gedişini Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov edib.

Sonra yarışın baş hakimi, AŞF-nin 1-ci vitse-prezidenti Faiq Həsənov Aydın Kərimova xatirə hədiyyəsini təqdim edib.

Bu gün rapid yarışında daha dörd tur oynanılacaq.

Sabah şahmatçılar blitsdə yarışacaq.

Qalib hər iki yarışda qazanılan xalların cəminə əsasən müəyyənləşəcək.

Xəbər 320 dəfə oxundu.