Qazaxıstan millisi Azərbaycan yığması ilə oyuna itki ilə çıxacaq | |
UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda Azərbaycan millisi ilə qarşılaşacaq Qazaxıstan yığması oyuna itki ilə çıxacaq. Asxat Tagibergen cəzalı duruma düşüb. Yerli “Tobol” klubunun futbolçusu bu səbəbdən sentyabrın 25-də Bakıda keçiriləcək görüşdə oynamayacaq. Qazaxıstan millisinin kapitanı 5-ci turun Belarusla görüşündə qırmızı vərəqə alıb. Qeyd edək ki, Qazaxıstan millisi 13 xalla qrup liderliyini təmin edib və B liqasına vəsiqə qazanıb. Azərbaycan millisi isə 7 xalla 2-cidir. |
|
Xəbər 257 dəfə oxundu. |
|
|