Türkiyənin nüfuzlu televiziya kanalı Şuşada keçirilən beynəlxalq şahmat turniri ilə bağlı süjet yayımlayıb
Türkiyənin nüfuzlu NTV televiziya kanalı Şuşada keçirilən “Shusha Chess-2022” beynəlxalq şahmat turniri ilə bağlı süjet yayımlayıb.

Süjetdə Şuşa və turnir haqqında geniş məlumat verilməklə yanaşı, Türkiyə Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Gülkız Tulayın da fikirləri yer alıb.

Yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə keçirilir.

Sentyabrın 24-də yekun vurulacaq “Shusha Chess-2022” şahmat turnirinin ümumi mükafat fondu 150 min manat təşkil edir.

Xəbər 262 dəfə oxundu.