UEFA-nın rəsmi səhifəsi “Qarabağ”ın futbolçusu Musa Qurbanlının qol sevincini paylaşıb
UEFA Avropa Liqasının rəsmi tviter səhifəsi Ağdamın “Qarabağ” klubunun futbolçusu Musa Qurbanlının fotosunu paylaşıb.

Futbolçunun “Zirə” ilə oyunda vurduğu qoldan sonra etdiyi hərəkəti əks etdirən fotoya “Qarabağ” = beynəlxalq fasilədə liqanın zirvəsi” başlığı verilib.

Xatırladaq ki, “Qarabağ”ın futbolçusu M.Qurbanlı “Zirə”yə 7:1 hesabı ilə qalib gəldikləri görüşdə 4 qol vurub.

Xəbər 356 dəfə oxundu.