UEFA Millətlər Liqası: Türkiyə yığması B Liqasına yüksəlib | |
UEFA Millətlər Liqasının qrup mərhələsində beşinci tura start verilib. A, C və D Liqalarında ümumilikdə 10 oyun keçirilib. C Liqasının üçüncü qrupunda mübarizə aparan Azərbaycan millisi səfərdə Slovakiya seçməsinin qonağı olub. Rəqibini 2:1 hesabı ilə məğlub edən millimiz C Liqasında yerini təmin edib. C Liqasının birinci qrupunda evdə Lüksemburqla 3:3 hesablı heç-heçə edən Türkiyə yığması B Liqasına vəsiqə qazanıb. Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: UEFA Millətlər Liqası Qrup mərhələsi, V tur A Liqası 1-ci qrup Fransa - Avstriya - 2:0 Xorvatiya - Danimarka - 2:1 Xal durumu: Xorvatiya - 10, Danimarka - 9, Fransa - 5, Avstriya - 4 4-cü qrup Polşa - Niderland - 0:2 Belçika - Uels - 2:1 Xal durumu: Niderland - 13, Belçika - 10, Polşa - 4, Uels - 1 C Lqası 1-ci qrup Türkiyə - Lüksemburq - 3:3 Litva - Farer adaları - 1:1 Xal durumu: Türkiyə - 13, Lüksemburq – 8, Farer adaları – 5, Litva – 1 3-cü qrup Qazaxıstan - Belarus - 2:1 Slovakiya - Azərbaycan - 1:2 Xal durumu: Qazaxıstan - 13, Azərbaycan - 7, Slovakiya - 6, Belarus - 2 D Liqası 1-ci qrup Latviya - Moldova - 1:2 Lixtenşteyn - Andorra - 0:2 Xal durumu: Latviya - 12, Moldova - 10, Andorra - 7, Lixtenşteyn - 0 |
|
Xəbər 355 dəfə oxundu. |
|
|