Otüstü hokkey üzrə ölkə çempionatının II dövrəsi başlanır
Sentyabrın 22-də otüstü hokkey üzrə Azərbaycanın sayca XI çempionatının II dövrəsi start götürəcək. İdman.com.az saytının məlumatına görə, ölkə birinciliyində kişi otüstü hokkeyçilərdən ibarət 4 klub yüksək dəstədə, 8 komanda isə “A” və “B” qruplarına daxil olmaqla I dəstədə mübarizə aparır ki, onların da 4-ü Bakıda, 4-ü isə Masallı Olimpiya idman Kompleksinin stadionunda yarışır. Xatırladırıq ki, yaz-payız sistemi ilə keçirilən həmin turnirlərdə həm birinci dövrədə, həm də ikinci dövrədə rəqiblər bir-biri ilə 2 dəfə qarşılaşırlar. Qadınların Respublika çempionatda isə 6 komanda dairəvi sistemlə bir-biri ilə 1 dəfə görüşürdü. Lakin obyektiv səbəblər üzündən Lənkəranın “Xəzər” klubu II dövrə oyunlarında iştirak etməyəcək və onun rəqiblərinə 5:0 hesablı texniki qələbə veriləcək.
Sentyabrın 22-si və 23-də aşağıdakı görüşlər baş tutacaq:

22 sentyabr (şənbə)
12.00 “Gənclik ”(Sumqayıt) -“Akkord” (Bakı) -Yüksək dəstə (kişilər)
13.30 “Şahdağ” (Qusar)- “Atasport” (Bakı) –Yüksək dəstə (kişilər)
15.00 “Şahdağ” (Qusar) -“Atasport –2” – qadınlar
23 sentyabr (bazar)
12.00 “ Samur” (Qusar) -“Sumqayıt” - qadınlar
13.30 “Şəki” - “Təhsil”(Sumqayıt) - ikinci dəstə (kişilər)
15.00 “Kür”(Mingəçevir) - “Gəncə” –ikinci dəstə (kişilər)
Masallı stadionunda
12.00 “Astara” - “Xəzər” (Lənkəran) –- ikinci dəstə (kişilər)
13.30 “Göytəpə” - “Olimp”(Masallı) –ikinci dəstə (kişilər)

Xəbər 1201 dəfə oxundu.