“Qarabağ”ın UEFA Avropa Liqasının qrupundakı rəqibi “Nant” heyətini yeni futbolçu ilə gücləndirib | |
Ağdamın “Qarabağ” komandasının UEFA Avropa Liqasının G qrupundakı rəqiblərindən olan Fransanın “Nant” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Liqa 1 təmsilçisi “Mets” komandasından Fabyen Santonzu transfer edib. İyirmi altı yaşlı müdafiəçi ilə beşillik müqavilə imzalanıb. Qeyd edək ki, “Qarabağ” qrup mərhələsinin ikinci turunda Bakıda “Nant”ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında beşinci tur oyunu oktyabrın 27-də Fransada olacaq. |
|
Xəbər 195 dəfə oxundu. |
|
|