İtaliyanın “Cenoa” klubu sabiq baş məşqçisi Andrey Şevçenko ilə müqaviləyə xitam verib
İtaliyanın “Cenoa” klubu yollarını ayırdığı ukraynalı sabiq baş məşqçisi Andrey Şevçenko ilə müqaviləyə xitam verib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qırx beş yaşlı mütəxəssislə yanvarın 15-də yollar ayrılsa da, tərəflərin müqaviləsi davam edib. Lakin B seriyası təmsilçisi artıq sözləşməyə qarşılıqlı razılaşma əsasında xitam verdiklərini açıqlayıb.

Qeyd edək ki, Şevçenko baş məşqçi vəzifəsinə ötən ilin noyabrında təyin olunub. Komanda bu müddət ərzində 11 oyundan yalnız 1-də qalib gəlib. “Cenoa” 7 görüşdə uduzub, 3 matçda heç-heçə edib. Mövsümün sonunda isə komanda autsayder kimi A seriyasını tərk edib.

Xəbər 198 dəfə oxundu.