Anım Gününə həsr olunmuş stolüstü tennis turniri keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş stolüstü tennis turniri keçirilib.

Stolüstü tennis turnirinin nəticəsinə əsasən, 276 nömrəli tam orta məktəbin komandası birinci olub. 144 nömrəli tam orta məktəbin komandası yarışı ikinci, 83 nömrəli məktəb-liseyin şagirdləri isə üçüncü yeri tutublar.

Xəbər 219 dəfə oxundu.