Azərbaycan gimnastları açıq Qazaxıstan çempionatında 5 medal qazanıblar
Almatı şəhərində tamblinq üzrə açıq Qazaxıstan çempionatı keçirilib. Yarışda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri Mixail Malkin, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Aleksey Karataşov təmsil ediblər.

idmançılarımız uğurla çıxış edərək fərdi yarışlarda yığmamızın aktivinə 2 qızıl, 2 gümüş, komanda hesabında isə 1 qızıl medal yazdırıblar.

Təmsilçilərimizdən Mixail Malkin və Bilal Qurbanov bütün rəqiblərini üstələyərək fəxri kürsünün birinci pilləsində yer alıblar. Hüseyn Əsədullayev və Aleksey Karataşov isə gümüş medala layiq görülüblər. Komanda yarışlarında da idmançılarımız bütün rəqiblərini üstələyərək fəxri kürsünün birinci pilləsinə yüksəliblər.

Xəbər 209 dəfə oxundu.