Azərbaycan Qol Güləşi Federasiyasının nümayəndə heyəti İkinci Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycan Qol Güləşi Federasiyasının nümayəndə heyəti İkinci Şəhidlər Xiyabanını ziyarət edib.

Ziyarətdə Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Dünya Armrestlinq Federasiyası prezidentinin müşaviri Cəsarət Əhmədovun rəhbərliyi ilə qurumun 100-dək idmançısı və kollektiv üzvləri iştirak ediblər.

Çıxış edən C.Əhmədov İkinci Qarabağ müharibəsində federasiyanın 21 idmançısının döyüşdüyünü, onlardan 4-ünün şəhidlik zirvəsinə ucaldığını bildirib və həmişə Ali Baş Komandan İlham Əliyevin çağırışlarına hazır olduqlarını ifadə edib.

Federasiya rəsmisi qeyd edib ki, bu gün Azərbaycanın 1 qəhrəmanı var. O da səbirli və iradəli Azərbaycan xalqıdır. Bəşəriyyətin yaradıcısı, yerin-göyün sahibi olan Uca Allahın məscidlərində donuz saxlayan bir xalq heç vaxt güclü dövlətə sahib ola bilməz.

Sonda şəhidlərimizin xatirəsinə dualar oxunub, məzarları üzərinə əklil və güllər qoyulub.

Xəbər 296 dəfə oxundu.