Azərbaycan–Qazaxıstan matçını almaniyalı hakimlər briqadası idarə edəcək
Bakıda Azərbaycan və Qazaxıstan yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin altıncı turunun oyununa hakim təyinatı açıqlanıb.

Qarşılaşma Almaniyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Harm Osmers olacaq. Ona Robert Kempter və Dominik Şaal köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 25-də “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Azərbaycan millisi bu gün beşinci tur çərçivəsində Trnavada Slovakiya yığması ilə üz-üzə gələcək.

Xəbər 223 dəfə oxundu.