Çingiz Abdullayev: Şuşa xalqımızın ürəyidir
Sevinirəm ki, biz Şuşada görüşürük. Mənim uşaqlığım burada keçib. Bura əbədi Azərbaycan torpaqlarıdır. Bu torpaqlarda sizi salamlamaq qürurvericidir.

Bu sözləri “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinin açılış mərasimində Xalq yazıçısı Çingiz Abdullayev deyib.

Bildirib ki, şahmatçıların ən ağıllı insanlar olduğu deyilir. “Şahmatçılar zəka sahibləri olmaqla yanaşı, həm də gözəl duyğuya malikdirlər. Bütün iştirakçılara uğurlar arzulayıram. Şuşa xalıqımızın ürəyidir, biz hamımız bu şəhərə heyranıq. İnanıram ki, qonaqlarımız Şuşanı sevəcək və yenidən burada olmaq istəyəcəklər”, - deyə Xalq yazıçısı sözlərinə əlavə edib.

Qeyd edək ki, şahmat turniri Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Xəbər 216 dəfə oxundu.