"Neftçi"nin sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb
"Neftçi" futbol klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.

O, Serbiya və İsveç komandaları arasında keçiriləcək Millətlər Liqasının beşinci tur oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, sentyabrın 24-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. O.Hüseynzadə 2017-2018-ci illərdə paytaxt təmsilçisinin prezidenti olub.

Xəbər 225 dəfə oxundu.