Klubların UEFA reytinqində dəyişikliklər olub
Klubların UEFA reytinqində dəyişikliklər olub. Çempionlar Liqası və Avropa Liqasında qrup mərhələsinin start götürməsi ilə baş tutan ilk oyunlar klubların xal hesabını dəyişib.

Azərbaycan çempionu “Neftçi”nin Belqradda Serbiya “Partizan”ı qolsuz heç-heçə etməsi bütün klublarımız üçün faydalı olub. Belə ki, hər komandamız bu heç-heçədən 0,050 xal əldə edib. Bu Ölkə reytinqinə gələn 0,250 xalın 20 faizinin klubların hesabına əlavə edilməsi sayəsində mümkün olub.

Təkcə “ağ-qaralar” deyil, digər klublarımız da xal qazanması onların irəliləməsinə səbəb olub. Yalnız “Qarabağ” və “Xəzər Lənkəran” 0,050 xallıq qazanca baxmayaraq yerində qalıb. Digərləri isə mövqelərini dəyişib. Ən böyük tərəqqi isə “İnter”də olub – 7 pillə.

221 (221). “Qarabağ” – 5,608
244 (246). “Neftçi” – 4,608
266 (267). “Bakı” – 3,858
292 (299). “İnter” – 3,358
323 (323). “Xəzər Lənkəran” – 2,858
368 (371). AZAL – 1,858
368 (371). “Simurq” – 1,858

Son 5 ilin reytinqində hələ də “Qarabağ”dan geridə olan “Neftçi” 2012/13 mövsümündə qazandığı 2,500 xalla xeyli irəlidədir. Cari mövsüm qitə arenasına çıxan 237 klub arasında 70-ci olan Böyükağa Hacıyevin yetirmələri “Fənərbaxça” ilə “Panatinaikos” (hər ikisi 2,4800), “Tvente” ilə PSV (hər ikisi 2,4714) və Moskva təmsilçiləri “Dinamo” ilə MOİK (hər ikisi 2,1832) kimi klubları arxada qoyub. Bakılılar Çempionlar Liqasında uduzduqları Kiryat-Şmona “Hapoel”ini (2,4500) də arxada qoyub. Təmsilçimiz 70-ci pilləni elə son oyunda qarşılaşdıqları Serbiya “Partizan”ı ilə bölür.

70. “Neftçi” – 2,5000
162. “Xəzər Lənkəran” – 1,0000
162. “İnter” – 1,0000
182. “Bakı” – 0,7500

Qeyd edək ki, siyahıya İspaniya klubları “Malaqa”, “Real” və “Barselona” başçılıq edir. Onların hərəsi cari mövsümdə 6,9428 xal toplayıb.

Xəbər 1182 dəfə oxundu.