“Tottenhem”in futbolçusu Jermain Defo irqçiliklə üzləşib
“Tottenhem”in futbolçusu Jermain Defo irqçiliklə üzləşib.
Hadisə Avropa Liqasının “Totthenem” – “Latsio” matçında baş verib.
Londonda baş tutan qarşılaşmada 3 minə yaxın italyan azarkeş Defo hər dəfə onlara yaxınlaşdıqda meymun səsi çıxararaq, onu təhqir edib. Oyundan sonra açıqlama verən “Totthenem”in baş məşqçisi Andre Villaş-Boaş bunları deyib: “Mən onların səsini eşitmədim. Amma UEFA belə məsələlərdə çox həssasdı”.

Xəbər 817 dəfə oxundu.