“Qarabağ”ın iki futbolçusu Monteneqro millisinə çağırılıb
Ağdamın “Qarabağ” klubunun iki futbolçusu Monteneqro millisinə çağırılıb.

Marko Veşoviç və Marko Yankoviç UEFA Millətlər Liqası çərçivəsində Bosniya və Herseqovina və Finlandiya yığmalarına qarşı keçiriləcək matçlar üçün heyətə cəlb olunub. Bosniya və Herseqovina ilə görüş ayın 23-də, Finlandiya ilə matç isə 26-da keçiriləcək.

Qeyd edək ki, B liqasının 3-cü qrupunda yer alan Monteneqro 4 matçdan sonra 7 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Xəbər 209 dəfə oxundu.