Dünya çempionatının favoritləri məlum olub
Sabah start götürəcək Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının favoritləri məlum olub. FIFA qadın yarışlarının rəhbəri Tatyana Haenni mundialın qalibi olmağa əsas namizədlərin adlarını açıqlayıb.

Bu gün keçirilən açılış mətbuat konfransına qatılan xanım funksioner çempionluğa 3 iddiaçı görür: “Dünya çempionatının favoritləri Almaniya, Fransa və Yaponiya yığmalarıdır. Onlardan hansını isə fərqləndirə bilmərəm. Azərbaycan yığmasına gəlincə isə yeni, gözəl komandanız var. Lakin yığmanız yeni yarandığından hər hansı nəticə haqda danışmaq hələ tezdir”.

Xəbər 859 dəfə oxundu.