Stolüstü tennisçimiz beynəlxalq turnirdə dörddəbir finala yüksəlib
Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Wtt Youth Contender Tbilisi” beynəlxalq turnirinə start verilib.

Yeniyetmələrdən ibarət Azərbaycan millisi bu yarışda həm oğlanların, həm də qızların turnirində təmsil olunur. Əvvəlcə oğlanların mübarizəsi başlanıb.

Yarışın birinci günündə 17 yaşadək idmançıların mübarizəsinə qatılan Adil Əhmədzadə qrup mərhələsində iranlı Nima Nagavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyan üzərində inamlı qələbələrlə növbəti mərhələyə adlayıb. Səkkizdəbir finalda İran idmançısı Seyedsina Horeyşianı üstələyən A.Əhmədzadə adını dörddəbir finala yazdırıb.

Sentyabrın 21-dək keçiriləcək yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə bacarıqlarını göstərəcəklər.

Xəbər 268 dəfə oxundu.