“Qarabağ” klubu Azərbaycan çempionatlarında ən məhsuldar səfər oyununu keçirib
“Qarabağ” klubu Azərbaycan çempionatlarında ən məhsuldar səfər oyununu keçirib. Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının yeddinci turunda “Zirə”nin qapısına 7 qol vurub. Bu, bölgə təmsilçisinin səfər görüşləri üçün yeni rekorddur.

“Qarabağ” 1992-ci ildən keçirilən ölkə çempionatlarında yalnız öz meydanında 7 və ya daha çox qol vurmağı bacarmışdı. 7:1 hesablı qələbə qazanan Ağdam klubu həm də ən böyük hesablı səfər qalibiyyətini təkrarlayıb. Bu, “Qarabağ”ın rəqib meydanındakı altı top fərqli 5-ci uğurudur.

Bu, həm də “Zirə”nin 7 qol buraxdığı ilk qarşılaşmadır. Qəsəbə təmsilçisi tarixində 3-cü dəfə 6 top fərqi ilə uduzub.

Qeyd edək ki, Zirədəki oyun həm mövsümün ən məhsuldar matçı, həm də ən böyük hesablı nəticəsi olub.

Xəbər 210 dəfə oxundu.