Azərbaycan və Moldova milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək
Azərbaycan və Moldova milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı AFFA və Moldova Futbol Federasiyası (FMF) arasında danışıqlar aparılıb.

Eldə olunmuş razılığa əsasən, komandalar bu il noyabrın 16-da qarşılaşacaq. Qarşılaşma Moldovanın paytaxtı Kişinyov şəhərindəki "Zimbru" stadionunda keçiriləcək.

Oyunun başlama saatı hələ müəyyənləşməyib.

Xəbər 218 dəfə oxundu.