AFFA-nın nümayəndəsi “Sparta”-“Roma” matçına təyinat alıb
AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva beynəlxalq oyuna təyinat alıb.

UEFA qadınlararası Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək “Sparta” (Praqa, Çexiya)-“Roma” (İtaliya) qarşılaşmasının UEFA nümayəndəsi K.Mehdiyeva olacaq.

Oyun sentyabrın 21-də Çexiyada keçiriləcək.

Xəbər 227 dəfə oxundu.