Premyer Liqanın yeddinci turu “Sabah”ın futbolçusu Elvin Camalov üçün əlamətdar olub
Azərbaycan Premyer Liqasının yeddinci turu “Sabah”ın futbolçusu Elvin Camalov üçün ilklə əlamətdar olub.

Yarımmüdafiəçi ölkə çempionatlarında özünün ilk qolunu vurub. O, “Turan Tovuz”la qarşılaşmada (3:1) penaltini qola çevirib. E.Camalov Premyer Liqadakı ilk qolunu özünün 187-ci oyununda vurub. O, ölkə çempionatlarının 30 illik tarixində qol hesabını ən gec açan futbolçu olub. İndiyədək heç bir oyunçu ilk topunu bu qədər gözləməyib.

Qeyd edək ki, debütü 2013/2014-cü il mövsümündə “Qəbələ”də gerçəkləşən E.Camalov bu klubda 111, “Zirə”də 43, “Sabah”da 33 dəfə meydana çıxıb.

Xəbər 345 dəfə oxundu.