Stolüstü tennisçimiz erməni rəqibi üzərində inamlı qələbə qazanaraq beynəlxalq turnirdə mərhələ adlayıb
Bu gün Tbilisidə stolüstü tennis üzrə “WTT Youth Contender” turnirinə start verilib.

Yeniyetmələrdən ibarət millimiz yarışda həm oğlanların, həm də qızların turnirində təmsil olunur.

Turnir oğlanların mübarizəsi ilə başlayıb. Sentyabrın 21-dək keçiriləcək yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə bacarığını göstərəcək.

Yarışın ilk günündə 17 yaşadək idmançıların mübarizəsinə qatılan Adil Əhmədzadə qrup mərhələsində iranlı Nima Nagavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyan üzərində inamlı qələbələrlə növbəti mərhələyə adlayıb. Onun səkkizdəbir finaldakı rəqibi İran idmançısı Seyedsina Horeyşian olacaq.

Xəbər 229 dəfə oxundu.