Yozef Blatter: “Azərbaycanın təşəbbüsü çox yüksək səviyyədədir”
“Azərbaycanın təşəbbüsü çox yüksək səviyyədədir”. Bu sözləri FİFA prezidenti Yozef Blatter deyib.

Ali futbol qurumunun başçısı ölkəmizdə 17 yaşadək qadınlar arasında təşkil olunan dünya çempionatının açılış mətbuat konfransında iştirak edib.

İsveçrəli funksioner Azərbaycanın 2020-ci ildə Gürcüstanla birgə Avropa çempionatına ev sahibliyi etmək arzusuna münasibət bildirib: “Azərbaycan 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının da Bakıda olması üçün namizədliyini vermişdi. Düzdür, ölkəniz səs toplayıb, şort-listə düşə bilməsə də, bunun özü böyük bir hadisədir. Biz Rövnəq Abdullayevlə də səhər bu barədə söhbət etmişik. Azərbaycanda gözəl infrastruktur, əla təşkilatçılıq var. Bakıda keçiriləcək dünya çempionatı da belə möhtəşəm yarışlara hazırlıqdır”.

Xəbər 907 dəfə oxundu.