Sərbəst güləşçimiz Osman Nurməhəmmədov dünya çempionatında bürünc medala sahib olub
Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

92 kq çəki dərəcəsində çıxış edən idmançı polşalı Radoslav Marçinkieviçə qalib gəlib.

Bu, sərbəst güləşçilərin mundialda ilk medalı olub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

Xəbər 221 dəfə oxundu.