“Praqa-2022”: Azərbaycan millisinin ilk rəqibi müəyyənləşib
Çexiyanın paytaxtı Praqada təşkil olunan gənc cüdoçular arasında Avropa çempionatında sentyabrın 18-də qarışıq komanda yarışı keçiriləcək.

Azərbaycan yığması mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Millimizin ilk rəqibi Avstriya yığması olacaq. Görüşün qalibi dörddəbir finalda Gürcüstan millisi ilə qarşılaşacaq.

Komanda yarışında ümumilikdə 12 komanda iştirak edəcək.

Xəbər 194 dəfə oxundu.