Daha 5 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır
Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa çempionatı davam edir.

Azərbaycanın daha 5 cüdoçusu bu gün yarışda mübarizəyə başlayacaq. Vüqar Talıbov 1/16 finalda Maksims Duinovsla (Latviya), İsmayıl Zamanov (hər ikisi 90 kq) slovakiyalı Aleks Maruşka ilə üz-üzə gələcək. Ruslan Nəsirli (100 kq) səkkizdəbir finalda Hubert İllmerlə (Avstriya), Kənan Nəsibov (+100 kq) isə Moldova idmançısı Alin Baqrinlə görüşəcək.

Qadınların yarışında Nərmin Əmirli (78 kq) səkkizdəbir finalda Yuli Alma Mişinerlə (İsrail) güləşəcək.

Qeyd edək ki, daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal qazanıblar.

Xəbər 197 dəfə oxundu.