“Bakı” sabiq qapıçısı Xalidu Sissokoya iş verib
“Bakı” sabiq qapıçısı Xalidu Sissokoya iş verib. Seneqallı veteran qolkiper paytaxt klubunda məşqçi kimi fəaliyyət göstərəcək.
O, hələlik əvəzedici komandada işləyəcək. 34 yaşında karyerasına son qoyan Sissokonun gələcəkdə əsas komandaya dəvət edilməsi gözlənilir.
Qeyd edək ki, Seneqal yığmasının sabiq qapıçısı 2005-ci ildən “Bakı”da çıxış edirdi. O, Azərbaycan çempionluğunu və kubokunu qazanıb.

Xəbər 911 dəfə oxundu.