Bu gün Azərbaycanın daha üç sərbəst güləşçisi dünya çempionatında mübarizə aparacaq
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Dünya çempionatının yeddinci günündə Azərbaycanın daha üç sərbəst güləşçisi xalça üzərində mübarizə aparacaq.

Əlli yeddi kiloqram çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə təsnifat mərhələsində Kim Sonqvonla (Cənubi Koreya) üz-üzə gələcək.

Yetmiş dörd kiloqram çəki dərəcəsində Turan Bayramov onaltıdabir finalda Miroslav Kirovu (Bolqarıstan) sınağa çəkəcək.

Doxsan iki kiloqramda yarışan Osman Nurməhəmmədov isə səkkizdəbir finalda Straxinya Despiç (Serbiya)-Maksvell Lemar (Kosta Rika) cütünün qalibi ilə görüşəcək.


Xəbər 242 dəfə oxundu.