UEFA Avropa Liqası: "Mançester Yunayted", "Roma" və "Real Sosyedad" qələbə qazanıblar
UEFA Avropa Liqasının qrup mərhələsində ikinci tura yekun vurulub.

Oyun günündə 8 qrupda ümumilikdə 15 görüş keçirilib.

Azərbaycan çempionu “Qarabağ” qrup mərhələsində ilk qələbəsini qazanıb. Ağdam təmsilçisi doğma meydanda Fransanın “Nant” klubunu qəbul edib. Görüş “Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

A qrupunun “Arsenal" (İngiltərə) - PSV (Niderland) matçı Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar oktyabrın 20-nə təxirə salınıb.

Günün oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

Qrup mərhələsi, ikinci tur

A qrupu

"Budö Qlimt" (Norveç) - "Sürix" (İsveçrə) - 2:1

Xal durumu: "Budö Qlimt" - 4, "Arsenal" - 3, PSV - 1, "Sürix" - 0

B qrupu

"Dinamo" (Kiyev, Ukrayna) - AEK (Larnaka, Kipr) - 0:1

"Renn" (Fransa) - "Fənərbağça" (Türkiyə) - 2:2

Xal durumu: "Renn" - 4, "Fənərbağça" - 4, AEK - 3, "Dinamo" - 0

C qrupu

"Betis" (İspaniya) - "Lüdoqorets" (Bolqarıstan) - 3:2

"Roma" (İtaliya) - HİK (Finlandiya) - 3:0

Xal durumu: "Betis" - 6, "Roma" - 3, "Lüdoqorets" - 3, HİK - 0

D qrupu

"Braqa" (Portuqaliya) - "Yunion" (Berlin, Almaniya) - 1:0

"Yunion" (Belçika) - "Malmö" (İsveç) - 3:2

Xal durumu: "Braqa" - 6, "Yunion" - 6, "Yunion" (Berlin) - 0, "Malmö" - 0

E qrupu

"Şerif" (Moldova) - "Mançester Yunayted" (İngiltərə) - 0:2

"Real Sosyedad" (İspaniya) - "Omoniya" (Kipr) - 2:1

Xal durumu: "Real Sosyedad" - 6, "Mançester Yunayted" - 3, "Şerif" - 3, "Omoniya" - 0

F qrupu

"Midtüllan" (Danimarka) - "Latsio" (İtaliya) - 5:1

"Feyenoord" (Niderland) - "Şturm" (Avstriya) - 6:0

Xal durumu: "Feyenoord" - 3, "Midtüllan" - 3, "Latsio" - 3, "Şturm" - 3

G qrupu

"Olimpiakos" (Yunanıstan) - "Frayburq" (Almaniya) - 0:3

"Qarabağ" (Azərbaycan) - "Nant" (Fransa) - 3:0

Xal durumu: "Frayburq" - 3, "Qarabağ" - 3, "Nant" - 3, "Olimpiakos" - 0

H qrupu

"Trabzonspor" (Türkiyə) - "Srvena Zvezda" (Serbiya) - 2:1

"Monako" (Fransa) - "Ferentsvaroş" (Macarıstan) - 0:1

Xal durumu: "Ferentsvaroş" - 6, "Trabzonspor" - 3, "Monako" - 3, "Srvena Zvezda" – 0.

Xəbər 203 dəfə oxundu.