Ağdamın “Qarabağ” klubu Fransanın “Nant” komandasını 3 cavabsız qolla məğlub edib
Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb.

G qrupunda yer alan komandamız Fransanın “Nant” klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda Ağdam təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

"Qarabağ"ın heyətində Kvabena Ovusu, Abdullah Zubir və Marko Yankoviç fərqləniblər.

G qrupunun digər matçında Yunanıstanın “Olimpiakos” klubu doğma meydanda “Frayburq”a (Almaniya) məğlub olub – 0:3.

“Nant” ilk turda “Olimpiakos”u məğlub edib - 2:1. “Qarabağ” isə Almaniyada “Frayburq”a eyni hesabla uduzub.

Almaniya klubu 6 xalla G qrupuna liderlik edir. “Qarabağ” və “Nant” klubları 3 xalla 2-3-cü pillədə yer alıblar. “Olimpiakos”un isə hesabında xal yoxdur.

Ağdam təmsilçisi növbəti oyununu oktyabrın 6-da səfərdə “Olimpiakos”a qarşı keçirəcək.

Xəbər 210 dəfə oxundu.