UEFA Avropa Liqası: "Qarabağ" və "Nant" klublarının start heyətləri açıqlanıb
Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində üz-üzə gələcək "Qarabağ" və Fransanın "Nant" klublarının start heyətləri açıqlanıb.

"Qarabağ"ın start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Marko Yankoviç, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Filip Ozobiç, Kadi Borges, Marko Veşoviç, Elvin Cəfərquliyev və Bədavi Hüseynov yer alıblar.

Fransa təmsilçisinin heyətində isə meydana Alban Lyafon, Fabio, Nikolya Pallua, Samüel Mutussami, Lüdovik Blas, İqnatius Qanaqo, Mussa Sissoko, Jan-Şarl Kastelletto, Sebastyan Korşya, Moyzes Simon və Mustafa Məhəmməd çıxacaqlar.

Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq.

Xəbər 228 dəfə oxundu.