Tanınmış isveçli tennisçi Rocer Federer karyerasına son qoyacaq
İyirmi qat “Böyük dəbilqə” çempionu, İsveç tennisçisi Rocer Federer sentyabrın sonunda Londonda keçiriləcək “Laver” kubokunda çıxışı ilə karyerasını başa vuracağını açıqlayıb.

Bu barədə tennisçi sosial şəbəkədə məlumat verib.

Qırx bir yaşlı R.Federerin sözlərinə görə, sağlamlığı ona karyerasını davam etdirməyə imkan vermir. O, bəzən tədbirlə bağlı matçlarda kortlara çıxacağını istisna etməyib. Lakin bundan sonra beynəlxalq yarışlarda oynamayacağını vurğulayıb.

Qeyd edək ki, Rocer Federer karyerası ərzində 103 Peşəkar Tennisçilər Assosiasiyası (ATP) titulunu qazanıb. O, səkkiz dəfə “Uimbldon” və altı dəfə Avstraliya Açıq turnirlərinin, beş dəfə ABŞ Açıq çempionatının qalibi olub.

Xəbər 318 dəfə oxundu.